“Qarabağ məsələsi ilə bağlı qərarlar Ermənistan tərəfinin istəklərini təmin etməyəcək, çünki geosiyasi və regional vəziyyət dəyişib”.
Bizim.Media “interfaks”a istinadən xəbər verir ki, Ermənistan prezidenti Vaaqn Xaçaturyan bildirib.
"Həqiqətən, çətin dövrlərdir. İndi hər şey həlledici mərhələyə qədəm qoyub. Bu, Ermənistan Respublikasının mövcudluğuna və Qarabağ məsələsinin həllinə aiddir. Və bizdən realizm tələb olunur ki, düzgün qərarlar qəbul edək", - Xaçaturyan bildirib.
Xaçaturyanın fikrincə, bu mövzuda qərar qəbul etmək çətin olacaq:
"Əksər hallarda onlar bizim istəklərimizi təmin etməyəcəklər. Lakin buna səbəb bizim istəklərimizdən imtina edilməsi deyil. Ona görə ki, geosiyasi və regional vəziyyət dəyişib və biz bunu dəyərləndirməyə bilmirik. Hər şey çox sürətlə dəyişir".
Bizim.Media