“Playboy” jurnalının məşhur simalarından olan aktrisa Pamela Anderson evlənib.
Bizim.Media “CNN”ə istinadən xəbər verir ki, aktrisa Dan Heyhörst adlı mühafizəçisi ilə evlənib. Dan sayta Pamela ilə ailə qurduğunu təsdiqləyib.
“Mən Vankuver adasında evləndim, çünki mənim ailəm də burda evlənib və hələ də birlikdə xoşbəxt yaşayırlar”,- Dan açıqlamasında deyib.
Aktrisanın yaxını isə söyləyib ki, Pamela çox xoşbəxtdir və Dan Heyhörst xəyallarının xanımı ilə evlənib.
Vüqar Ağamalıoğlu, Bizim.Media