Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartində kömür mədənində baş verən partlayışı ilə əlaqədar olaraq Diyarbəkirə səfərini təxirə salıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, prezident Ərdoğan sabah Bartinə gedərək xilasetmə işləri ilə tanış olacaq.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mədəndə həlak olanların ailələrinə başsağlığı verib. Dövlət başçısı həlak olanların ailələrinə səbr diləyib, yaralanaların tezliklə sağalmasını arzu edib
Bizim.Media