Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanda səfərdə olan Avropa İttifaqının (Aİ) texniki qiymətləndirmə missiyasının nümayəndələri ilə görüşüb.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Təhlükəsizlik Şurasının katibi Aİ-nin texniki qiymətləndirmə missiyası üzvlərinin Ermənistana səfərini alqışlayaraq İrəvanın bütün məsələlərdə missiyaya dəstək verməyə hazır olduğunu təsdiqləyib.
Həmçinin bildirilib ki, tərəflər missiyanın funksiyalarının əhatə dairəsi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.
Bizim.Media