“O böyük günə az qaldı. Allahın izni ilə o günə hazırlaşıb, əlimdən gələn nə varsa, ustadım üçün hamısını edəcəyəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
Sənətçi SSRİ Xalq artisti Şövkət Ələkbərova üçün xatirə gecəsi keçirəcəyini açıqlayıb:
“Bəlkə də bu son edəcəyimdir... Nə bilim... Həyatın özü də insanları kimi nankor, vəfasızdır. Şövkət Ələkbərova həmişə məni qoruyurdu, çox sevirdi və inanırdı. İnam gözəldir, kaş ki, inam işığı heç kəsin qəlbində sönməsəydi. Necə ki, onun qəlbində bir gün belə “mən” adlı işığın sönməsinə imkan vermədim. O, dünyadan getdi, ancaq ruhunun da qarşısında onun inam işığına nadürüst olmadım. Onu özünə dediyim kimi çox sevdim, ömrümün sonunadək. Şövkət xanım bu sevgini özü qazanmışdı: ləyaqəti, sədaqəti, böyük məhəbbəti və sənətiylə”.
Rəşad Əliyev, Bizim.Media