Uzun zamandır ABŞ-a köçən keçmiş aparıcı Günel Musəvi ailəsi ilə birgə çəkilən yeni fotoları ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, bu ilin may ayında Endi Krişnan adlı Hindistan vətəndaşı ilə ailə quran Günel qızı, oğlu və həyat yoldaşının yer aldığı fotoları sosial şəbəkədə yayımlayıb.
Qeyd edək ki, bu G.Musəvinin sayca ikinci evliliyidir. Onun ilk nikahından bir qız, ikinci evliliyindən isə oğul övladı var.
Rəşad Əliyev, Bizim.Media