Ermənistan Müdafiə Nazirliyi hərbi silahlardan atıcılıq bacarığı əldə etmək istəyən qadınlar üçün hərbi təlim proqramı hazırlayır.
Bizim.Media xəbər verir ki, bu barədə hökumətin iclasında müdafiə naziri Suren Papikyan bildirib.
“Hərbi təhsil almaq istəyən qadınlardan çoxlu məktublar alırıq. İndi biz proqram hazırlayırıq ki, hərbi təlim keçmək istəyən bütün qadınlar bu imkana malik olsunlar. Onlar müvafiq atış poliqonlarında hərbi silahlarla [atış üzrə] atəş təlimi keçəcəklər. Təbii ki, bu, könüllülük əsasında olacaq” – deyə nazir qeyd edib.
Bizim.Media