“Azərbaycanda peyvənd pasportunun tələbi yersizdir” - HƏKİM

Azərbaycanda hələ də ticarət mərkəzlərinə və bəzi qapalı məkanlara girişdə peyvənd pasportu, immunitet sertifikatı və ya əks-göstəriş sertifikatı tələbi qüvvədədir. Baxmayaraq ki, Azərbaycanda pandemiya ilə bağlı epidemioloji durum stabilləşib və ölkəmiz üçün virus dövrü bitib Pandemiya təcrübəsi bizə davranışları öyrədib və hazırda ölkəmizdə “COVİD-19 pandemiyası yoxdur.

Artıq pandemiya ilə əlaqədar bir çox ölkələrə giriş zamanı tətbiq olunan məhdudiyyət və tələblərin də aradan qaldırıldığını müşahidə edirik. Azərbaycanda isə quru sərhədlərlə bağlı məhdidiyyət və peyvənd sertifikatının tələbi qüvvədə qalır.
 

MÖVZU İLƏ BAĞLI:

3-cü dozanı vurdurmayanlar fevralın 15-dən bu yerlərə buraxılmayacaq – SİYAHI 


Koronavirus epoxasının bitdiyi bir dövrdə peyvənd pasportunun tələbi doğrudurmu?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan radioloq-həkim Aydın Əliyev hesab edir ki, Azərbaycanda vaksin tətbiqi və serifikatının tələbi  birmənalı şəkildə ləğv edilməlidir:

“Peyvənd pasportuna qətiyyən ehtiyac yoxdur. Pandemiya artıq bitib və yekunlaşıb. Bu səbəbdən Azərbaycanda peyvənd sertifikatı tələbi yersizdir. Bunun bir neçə səbəbi var. Artıq yetəri qədər əhali kütləsi peyvəndlənib. Digər tərəfdən təxminən 2-3 milyon insan yoluxub sağalıb və təbii immunitet əldə edib.

Başqa bir tərəfdən virus dəfələrlə mutasiyaya uğrayaraq, zəifləyib və ağır xəstəlik yaratma, eləcə də öldürücülük qabiliyyəti sıfırdır. Ona görə də insanları məcburi peyvənd etdirməyə və sertifikat tələb etməyə heç bir əsas yoxdur. COVID 19-la bağlı peyvəndləmə artıq aktuallığını itirib”.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın 2021-ci il 1 oktyabr tarixindən etibarən qüvvəyə minən qərarına əsasən, ticarət mərkəzlərinə və digər qapalı məkanlara hər 3 dozanın qəbulunu əks etdirən vaksin sertifikatı, immunitet sertifikatı və ya əks-göstəriş sertifikatı ilə daxil olmaq tələbi qüvvədədir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynada daha bir azərbaycanlı İTKİN DÜŞDÜ

Ukraynada daha bir azərbaycanlı İTKİN DÜŞDÜ

"Harmoniya" sənədli filminin təqdimatı keçirildi

"Harmoniya" sənədli filminin təqdimatı keçirildi

Paşinyan Sankt-Peterburqda İlham Əliyevə təşəkkür etdi - VİDEO

Paşinyan Sankt-Peterburqda İlham Əliyevə təşəkkür etdi - VİDEO

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

"Araz-Naxçıvan" "Şamaxı"nı MƏĞLUB ETDİ

"Araz-Naxçıvan" "Şamaxı"nı MƏĞLUB ETDİ

Qarabağ danışıqlarının ən qaranlıq səhifəsi - VİDEO

Qarabağ danışıqlarının ən qaranlıq səhifəsi - VİDEO

Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ

Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ

Azərbaycana qış gəldi

Azərbaycana qış gəldi

Səudiyyə Ərəbistanında alkoqol satılan yeganə mağazadan kimlər spirtli içki ala biləcək?

Səudiyyə Ərəbistanında alkoqol satılan yeganə mağazadan kimlər spirtli içki ala biləcək?

SpaceX raketinin partlayışı az qala 3 təyyarə qəzasına səbəb olacaqdı - KİV

SpaceX raketinin partlayışı az qala 3 təyyarə qəzasına səbəb olacaqdı - KİV

Bakıda qarğalar və sərçələr niyə YOXA ÇIXIB?

Bakıda qarğalar və sərçələr niyə YOXA ÇIXIB?

Putinlə “birbaşa xətt”də baş verən sevgi hekayəsindən film çəkiləcək?

Putinlə “birbaşa xətt”də baş verən sevgi hekayəsindən film çəkiləcək?

“Qareginin sayılı günləri qalıb” — Erməni katolikosuna növbəti XƏBƏRDARLIQ

“Qareginin sayılı günləri qalıb” — Erməni katolikosuna növbəti XƏBƏRDARLIQ

Alimlər uzunömürlülüyün sirrini ilk dəfə AÇIQLADILAR

Alimlər uzunömürlülüyün sirrini ilk dəfə AÇIQLADILAR

Fransanın Azərbaycandan öyrənəcəyi çox şey var — Fransız jurnalistin baxışı

Fransanın Azərbaycandan öyrənəcəyi çox şey var — Fransız jurnalistin baxışı

İstanbulda uşaqlar 1,3 milyon lirə dəyərində qızılı sahibinə qaytarıblar – VİDEO

İstanbulda uşaqlar 1,3 milyon lirə dəyərində qızılı sahibinə qaytarıblar – VİDEO

Beyləqanda 68 yaşlı qadının qətlinə görə bir nəfər TUTULDU

Beyləqanda 68 yaşlı qadının qətlinə görə bir nəfər TUTULDU

Putin Sankt-Peterburqda ölkə liderlərini başına topladı - Mobil internet söndürüldü - FOTO/VİDEO

Putin Sankt-Peterburqda ölkə liderlərini başına topladı - Mobil internet söndürüldü - FOTO/VİDEO

Keçmiş xanımı Anarı məhkəməyə verdi - Aliment ödəmir

Keçmiş xanımı Anarı məhkəməyə verdi - Aliment ödəmir

Mayonezin gizli təhlükəsi: Görün nələrə səbəb olur

Mayonezin gizli təhlükəsi: Görün nələrə səbəb olur

Qonaqpərvərliyimiz yenə gündəmdə: Turistlər heyranlıqlarını gizlətmirlər - VİDEO

Qonaqpərvərliyimiz yenə gündəmdə: Turistlər heyranlıqlarını gizlətmirlər - VİDEO

"Qarabağ" "Qəbələ"ni məğlub etdi - VİDEO

"Qarabağ" "Qəbələ"ni məğlub etdi - VİDEO

Ukrayna ordusu cəbhəboyu müdafiə qurğuları İNŞA EDİR

Ukrayna ordusu cəbhəboyu müdafiə qurğuları İNŞA EDİR

Naxçıvanda ər-arvad dəm qazından BOĞULDU

Naxçıvanda ər-arvad dəm qazından BOĞULDU

End of content

No more pages to load

RADİO