Əməkdar artist Rəşad İlyasov işğaldan azad olmuş Zəngilan şəhərinə yollanıb.
Bizim.Media xəbər verir ki, sənətçi səfərdən görüntülərini sosial şəbəkə hesabında paylaşıb.
Rəşad Zəngilana xalası, kamança ustadı, Xalq artisti Şəfiqə Eyvazova ilə birgə gedib. Onlar Zəngilanda olmaqdan böyük qürur hissi keçirdiklərini dilə gətiriblər.
Rəşad Əliyev, Bizim.Media