“Fələstin məsələsində Türkiyə İsrailə güzəştə getməyə hazır deyil” - POLİTOLOQ

“Türkiyənin İsraillə münasibətləri heç vaxt qırılmayıb. Əlaqələrin bugünkü iqtisadi göstəriciləri xəbər verir ki, hər iki ölkənin münasibətlərində qarşılıqlı maraq böyük olub. Digər tərəfdən geosiyasi zəmində onlar bir-birinə rəqib kimi yanaşırlar. Çünki hər iki dövlətin region məsələlərində iştirakı yüksəkdir”.

Bunu Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov dedi.

O, həm Türkiyə, həm də İsrailin regiondakı liderlik iddialarına da toxundu.

“Məncə, Fələstin məsələsində Türkiyə güzəştə getməyə hazır deyil. Çünki Prezident Rəcəb Tayyib Ərdoğan və onun partiyası, Türkiyə dövləti hazırda həm Türk Birliyində, həm İslam aləmində öncül rolu öz üzərinə götürüb. Bu baxımdan, Fələstin xalqının mübarizəsi üçün əlindən gələni edir.”
 

MÖVZU İLƏ BAĞLI:

İsrail Əbu-Dabidə səfirliyini açdı


Tofiq Abbasovun fikrincə, İsrail Türkiyə ilə mövcud olan anlaşılmazlıqları aradan qaldırmağa çalışacaq. Çünki son illər Ankara regiondakı rolunu artırıb, həm də qardaş ölkənin yanaşmaları məhsuldarlığı ilə diqqət çəkir. 

“İsrailin də marağında olan odur ki, Türkiyə ilə münasibətlərdə vəziyyət indikindən daha kritikə doğru yan almasın. Ən pis halda olduğu kimi qalsın. İsrail həm də istəyir ki, İslam dünyasının aparıcı qüvvəsi olan Türkiyə ilə münasibətləri köklü sürətdə dəyişsin, daha müsbət məcraya yönəltsin.”

Ankaranın qlobal siyasətdə oynadığı rolun miqyasının artdığını deyən Tofiq Abbasov bunu Türkiyənin artan potensialı ilə əlaqələndirdi. 

“Potensial böyükdürsə, ölkə daxilində gedən proseslər xaricdə olan cərəyanları da hardasa qidalandırır, onlara güc verir. Burada İngiltərə ilə Türkiyənin əlaqələrində qeydə alınan yaxınlıq, anlaşma şəraiti də rol oynayır. Yaxın Şərq elə bir bölgədir ki, orada həmişə Böyük Britaniyanın marağı və iştirakı olub. 

 

MÖVZU İLƏ BAĞLI:

İsraildən İrana sərt cavab – “Cəfəngiyyatdır!”


Əgər I Dünya savaşından sonra Britaniya burada dərin köklər salmışdısa, onlara qədər regionda Türkiyənin (Osmanlı imperiyası) böyük nüfuzu olub. Bu səbəbdən də, Britaniya ilə Türkiyənin münasibətləri yaxşılaşır. Həqiqətən də, tarixi ziddiyyətlərə baxmayaraq hazırki dönəmdə, yeni geosiyasi konyekturada həm London, həm də Ankara anlayır ki, onların bir cərgədə olması, həmahəng fəaliyyət göstərməsi hər iki tərəfə daha yaxşı nəticə verir.

Və təbii ki, bunu İsrail nəzərə almaya bilməz. Mən belə başa düşürəm ki, İsrail bu məsələlərdən ehtiyatlanır. Bu səbəbdən də çalışır ki, Türkiyə ilə münasibətlərdə taraz sistem yaratsın və baş vermiş anlaşılmazlıq, ziddiyyətlər aradan qaldırılsın”,- deyə Tofiq Abbasov fikrini tamamladı. 

Xatırladaq ki, yanvarın 26-da İsrailin Yunanıstandakı səfiri Yossi Amrani deyib ki, “yeni hədəflərimiz arasında Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq da var”. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arvadını öldürən şəxsə AĞIR CƏZA verildi

Arvadını öldürən şəxsə AĞIR CƏZA verildi

Bələdiyyə sədrinin ardınca gəlini də həbs edildi

Bələdiyyə sədrinin ardınca gəlini də həbs edildi

SON DƏQİQƏ! ABŞ Hörmüzdə yeni əməliyyata başlayır – FOTO

SON DƏQİQƏ! ABŞ Hörmüzdə yeni əməliyyata başlayır – FOTO

Gəncədə ailə dramı: 22 yaşlı qadın xəstəxanalıq oldu

Gəncədə ailə dramı: 22 yaşlı qadın xəstəxanalıq oldu

“Səməni” “Maska”sının içindəki məşhur bəlli oldu - VİDEO

“Səməni” “Maska”sının içindəki məşhur bəlli oldu - VİDEO

Kimi Antonelli "Formula-1"də ardıcıl üçüncü qələbəsini qazandı

Kimi Antonelli "Formula-1"də ardıcıl üçüncü qələbəsini qazandı

Əraqçi: ABŞ 14 maddəlik plana cavab verib

Əraqçi: ABŞ 14 maddəlik plana cavab verib

Toyundan paylaşım etdi - FOTO

Toyundan paylaşım etdi - FOTO

Makron İrəvanın mərkəzini gəzdi - VİDEO

Makron İrəvanın mərkəzini gəzdi - VİDEO

Şakiranın konsertinə rekord sayda tamaşaçı gəldi - VİDEO

Şakiranın konsertinə rekord sayda tamaşaçı gəldi - VİDEO

Bir çox məşhurun sevimli yaşıl kokteyli

Bir çox məşhurun sevimli yaşıl kokteyli

Könül Kərimova nəvəsi ilə - FOTO

Könül Kərimova nəvəsi ilə - FOTO

Türkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDU

Türkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDU

Türkiyədə güclü fırtına: Ölən və yaralananlar var - FOTO

Türkiyədə güclü fırtına: Ölən və yaralananlar var - FOTO

Lənkəranda çay evində dava qanla bitdi

Lənkəranda çay evində dava qanla bitdi

İraq Prezidenti Ümumdünya Şəhərsalma Forumuna dəvət olundu

İraq Prezidenti Ümumdünya Şəhərsalma Forumuna dəvət olundu

Tramp İranın yeni təklifini rədd etdi

Tramp İranın yeni təklifini rədd etdi

Fərid Qayıbov Serbiyanın idman naziri ilə görüşdü - FOTO

Fərid Qayıbov Serbiyanın idman naziri ilə görüşdü - FOTO

İçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edildi - VİDEO

İçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edildi - VİDEO

Kreditlərin faizləri artıb? - VİDEO

Kreditlərin faizləri artıb? - VİDEO

"15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Sakinlərdən ŞİKAYƏT - VİDEO

"15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Mingəçevirdə qəza: Xəsarət alan var

Mingəçevirdə qəza: Xəsarət alan var

Amerikalı nazirdən açıqlama: "İran tezliklə neft quyularını bağlaya bilər"

Amerikalı nazirdən açıqlama: "İran tezliklə neft quyularını bağlaya bilər"

Makron Bricitin niyə Ermənistana gəlmədiyini açıqladı - VİDEO

Makron Bricitin niyə Ermənistana gəlmədiyini açıqladı - VİDEO

End of content

No more pages to load

RADİO