Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) əsir düşən hərbçini pul müqabilində “geri qaytarmağı” təklif edən şəxsi saxlayıb.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Gümrü sakini B.P. öyrənib ki, X.Q-nin qohumu sentyabrın 13-də əsir düşüb. O, özünü MTX-nın əməkdaşı kimi təqdim edərək yardımını təklif edib.
Bu haqda isə MTX və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi informasiya əldə edib.
O, MTX-nın general rütbəli zabitinə rüşvət vermək və itkin düşən şəxsin əsirlikdən azad edilməsini təşkil etmək üçün X.Q-nin yaxınlarından 5 milyon dram (12 min dollar) tələb edib.
2022-ci il oktyabrın 11-də MTX əməkdaşı H.B-nın nəzarəti altında o, məbləğin bir hissəsini (1,2 milyon dram) B.P.-yə verib. Bundan dərhal sonra o, MTX ərəfindən saxlanılıb.
Hazırda insidentlə bağlı araşdırma davam edir.
Bizim.Media