Xəbər verdiyimiz kimi, Honq-Konqda dünyasını dəyişən, əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın nəşi bu gün səhər saatlarında Azərbaycana gətirilib. mərhumun cənazəsi “Təzə Pir” məscidinə aparılıb.
Bizim.Media xəbər verir ki, R.Qasımova ilə vidalaşmaq üçün bir sıra incəsənət nümayəndələri və məşhurlar məscidə toplaşıb.
Burada bəstəkarın ruhuna dualar oxunub, sənətkarla bağlı xatirələr dinlənilib və keçdiyi ömür yoluna nəzər salınıb.
Qeyd edək ki, R.Qasımova ürəyində və böyrəklərində problemlərin olduğuna görə oktyabrın 3-də 82 yaşında vəfat edib.
Rəşad Əliyev, Bizim.Media