Bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Bakıya gətirilib.
Bu barədə Bizim.Media-ya mərhumun nəvəsi Hilal Süleymanlı məlumat verib.
R.Qasımova ilə vida mərasimi bu gün 13:00-dan 16:00-dək Təzə Pir məscidində olacaq. R.Qasımova Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn ediləcək.
Qeyd edək ki, R.Qasımova oktyabrın 9-da Honkonqda böyrək çatışmazlığından vəfat edib.
Rəşad Əliyev, Bizim.Media