İranda etirazçı gənclər dövlət binasını yandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azad İran teleqram kanalı məlumat yayıb.
Məlumata görə, buna səbəb Kerman şəhərində repressiv qüvvələrin Qızıl Aypara Cəmiyyətinə məxsus Təcili yardım avtomobillərindən istifadə edərək küçələrdə xalqa divan tutması olub
Bundan qəzəblənən gənclər dövlət binasını yandıraraq etirazlarını nümayiş etdiriblər.
Bildirilib ki, etirazçı gənclər “Ölüm olsun Xameneyiyə!” şüarı səsləndiriblər.
Bizim.Media