Xalq artisti Naibə Allahverdiyeva dələduzların qurbanı olub.
Bizim.Media xəbər verir ki, bu haqda sənətkar qonaq olduğu “Elgizlə izlə” ictimai- sosial verilişində danışıb.
N.Allahverdiyevanın sözlərinə görə, lotereya oynamaq adı ilə fırıldaqçılar onun pulunu oğurlayıb.
“Sosial şəbəkədə dələduzlar məni aldadaq, soyublar. Ağıllı qadınam, amma elə hadisə olmuşdu ki, məcbur qalmışdım və buna razılaşmışdım. 300 manatım getdi. Hələ arxası da gəlirdi. Tez ayıldım və sonra onlara əlavə pul vermədim”, - deyə Xalq artisti bildirib.
Rəşad Əliyev, Bizim.Media