“Gəncədə yerləşən Aqrar Universitetin Baytarlıq-əczaçılıq ixtisası üzrə təhsil alan tələbələrinin iş tapmaqla bağlı problemləri var”.
Bizim.Media xəbər verir ki, bunu millət vəkili Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
“Etiraf edək ki, baytarlıq sahəsi üzrə əczaçılıq obyektlərinin sayı da çox deyil. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu tələbələrin təhsilinə dövlət büdcəsindən vəsait ayrılır.
Lakin onlar iş tapa bilmirlər və faktiki olaraq diplomları lazımsız duruma düşür. Bu, eyni zamanda dövlət vəsaitlərinin hədər olması deməkdir. Bu məsələ ilə bağlı zəruri addımların atılmasını vacib hesab edirəm”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media