«Metsamor bölgəyə Çernobıl aqibətini yaşada bilər» - Ombudsman bəyanat yaydı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Metsamor AES-in bütün bölgə üçün potensial təhlükəsi barədə bəyanat yayıb.

Bizim.Media-nın məlumatına görə,bəyanatda deyilir:

"Bu yaxınlarda Ermənistan Parlamentində Metsamor AES-in radioaktiv tullantılarının hərbi məqsədlər üçün istifadəsi ilə bağlı aparılan müzakirələr bizi ciddi narahat edir. Parlamentin Regional məsələlər və Avrasiya İnteqrasiyası daimi komitəsinin iclasında Ermənistanın Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Metsamor AES-də xeyli miqdarda radioaktiv tullantı, həmçinin "sənaye tullantıları" kimi təsnif olunmayan radioaktiv yanacaq istehsal etdiyini söyləyib.

Bundan əlavə, Ermənistanın 30 ilədək müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərini radioaktiv şəkildə çirkləndirməsindən də narahatlıq hissi keçiririk. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu təsdiq edir ki, Metsamor AES-in tullantıları Azərbaycanın Ağdərə və Kəlbəcər rayonlarının ərazisində basdırılması ilə bağlı məlumatlar mövcuddur.

Müddəti bitmiş Metsamor AES yalnız Azərbaycan və Ermənistanın özü üçün deyil, həm də bütün bölgə üçün ciddi təhlükədir. Bundan əlavə, Cənubi Qafqazın zəlzələyə meyilli bölgəsində yerləşməsi onun fəaliyyətini daha da təhlükəli edir. AES-in ətrafında 5 tektonik qırılma var ki, bunlardan biri də stansiyadan cəmi 500 metr uzaqlıqdadır.

Beləliklə, bölgənin bütün ölkələri Çernobıl və Yaponiyanın Fukuşima Atom Elektrik Stansiyalarının aqibətini yaşamaq təhlükəsi ilə üz-üzədirlər.

Bir sıra beynəlxalq təşkilatlar da Metsamor AES ilə bağlı narahatlıqlarını vurğulayıblar.

Ancaq belə görünür ki, Ermənistan stansiyanı bağlamağı planlaşdırmır, əksinə onun fəaliyyəti 2026-cı ilə və ondan sonrakı müddətə uzadılıb. 

Metsamor AES-in yarada biləcəyi bütün təhlükələri nəzərə alaraq, Çernobıl və Fukuşimaya bənzər növbəti fəlakətin qarşısını almaq üçün bütün müvafiq beynəlxalq təşkilatları stansiyanın təcili olaraq bağlanması, işinin təhlükəsiz şəkildə dayandırılması və radioaktiv tullantıların Beynəlxalq Atom Enerjisi Agentliyinin “İstifadə olunan Yanacaq İdarəetməsinin Təhlükəsizliyi və Radioaktiv Tullantıların İdarə Edilməsi Təhlükəsizliyi” haqqında Birgə Konvensiyasının, habelə AŞPA-nın 1588 saylı qətnaməsinin (2007) müəyyən etdiyi tələblərlə uyğun şəkildə ciddi beynəlxalq nəzarət altına alınması üçün təcili tədbirlər görməyə çağırıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İtaliyanın Baş naziri bu gün Azərbaycana GƏLƏCƏK

İtaliyanın Baş naziri bu gün Azərbaycana GƏLƏCƏK

Arvadını öldürən şəxsə AĞIR CƏZA verildi

Arvadını öldürən şəxsə AĞIR CƏZA verildi

Bələdiyyə sədrinin ardınca gəlini də həbs edildi

Bələdiyyə sədrinin ardınca gəlini də həbs edildi

SON DƏQİQƏ! ABŞ Hörmüzdə yeni əməliyyata başlayır – FOTO

SON DƏQİQƏ! ABŞ Hörmüzdə yeni əməliyyata başlayır – FOTO

Gəncədə ailə dramı: 22 yaşlı qadın xəstəxanalıq oldu

Gəncədə ailə dramı: 22 yaşlı qadın xəstəxanalıq oldu

“Səməni” “Maska”sının içindəki məşhur bəlli oldu - VİDEO

“Səməni” “Maska”sının içindəki məşhur bəlli oldu - VİDEO

Kimi Antonelli "Formula-1"də ardıcıl üçüncü qələbəsini qazandı

Kimi Antonelli "Formula-1"də ardıcıl üçüncü qələbəsini qazandı

Əraqçi: ABŞ 14 maddəlik plana cavab verib

Əraqçi: ABŞ 14 maddəlik plana cavab verib

Toyundan paylaşım etdi - FOTO

Toyundan paylaşım etdi - FOTO

Makron İrəvanın mərkəzini gəzdi - VİDEO

Makron İrəvanın mərkəzini gəzdi - VİDEO

Şakiranın konsertinə rekord sayda tamaşaçı gəldi - VİDEO

Şakiranın konsertinə rekord sayda tamaşaçı gəldi - VİDEO

Bir çox məşhurun sevimli yaşıl kokteyli

Bir çox məşhurun sevimli yaşıl kokteyli

Könül Kərimova nəvəsi ilə - FOTO

Könül Kərimova nəvəsi ilə - FOTO

Türkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDU

Türkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDU

Türkiyədə güclü fırtına: Ölən və yaralananlar var - FOTO

Türkiyədə güclü fırtına: Ölən və yaralananlar var - FOTO

Lənkəranda çay evində dava qanla bitdi

Lənkəranda çay evində dava qanla bitdi

İraq Prezidenti Ümumdünya Şəhərsalma Forumuna dəvət olundu

İraq Prezidenti Ümumdünya Şəhərsalma Forumuna dəvət olundu

Tramp İranın yeni təklifini rədd etdi

Tramp İranın yeni təklifini rədd etdi

Fərid Qayıbov Serbiyanın idman naziri ilə görüşdü - FOTO

Fərid Qayıbov Serbiyanın idman naziri ilə görüşdü - FOTO

İçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edildi - VİDEO

İçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edildi - VİDEO

Kreditlərin faizləri artıb? - VİDEO

Kreditlərin faizləri artıb? - VİDEO

"15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Sakinlərdən ŞİKAYƏT - VİDEO

"15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Mingəçevirdə qəza: Xəsarət alan var

Mingəçevirdə qəza: Xəsarət alan var

Amerikalı nazirdən açıqlama: "İran tezliklə neft quyularını bağlaya bilər"

Amerikalı nazirdən açıqlama: "İran tezliklə neft quyularını bağlaya bilər"

End of content

No more pages to load

RADİO