İki gün öncə Honq-Konqda dünyasını dəyişən, əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın bu gün nəşi Bakıya gətirilir.
Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində mərhumun nəvəsi, “Səs Azərbaycan” yarışmasının iştirakçısı, gənc ifaçı Hilal Süleymanov deyib.
“Nənəmin nəşi sabah saat 12:00-da Bakıda olacaq. Bibim də Bakıya gəlir. Vida mərasimi Təzəpir məscidində keçiriləcək, sonra ailə qəbiristanlığında dəfn ediləcək”, – deyə H.Süleymanov bildirib.
Qeyd edək ki, H.Süleymanov redaksiyamızının əməkdaşı ilə söhbətində nənəsi R.Qasımovanın həm ürəyində, həm də böyrəklərində problemlərin olduğunu açıqlamışdı.
Rəşad Əliyev, Bizim.Media