Avropa İttifaqının (Aİ) Cənubi Qafqaza, Ermənistan və Azərbaycan sərhədinə mülki missiya göndərilməsi məsələsi sabah müzakirə olunacaq.
Bizim.Media xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar oktyabrın 10-da Avropa Parlamentində müzakirələr zamanı deyib.
“Aİ-nin Ermənistan-Azərbaycan sərhədinə mülki missiyası ilə bağlı qərar üzv dövlətlər tərəfindən verilməlidir, sabah bu məsələ Siyasi və Təhlükəsizlik Komitəsində müzakirə olunacaq”, - Klaar bildirib.
Bizim.Media