“Son günlərdə Avropada bəzi parlamnetarilər reallıqdan uzaq, ermənipərəst mövqe sərgiləyirlər”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Musa Urud səsləndirib.
“Tarixi reallıq ondan ibarətdir ki, 11 oktyabr Ermənistanın Gəncəyə qarşı törətdiyi növbəti terror aktının ikinci ildönümüdür. Avropadakı o siyasətbazlar bunları görüb, eşidib, dilə gətirsinlər. Biz bütün terror aktlarını, o cümlədən erməni terrorunu pisləyirik. Ermənistan daha nə etməlidir ki, onu Avropada terrorçu dövlət kimi tanısınlar”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media