“Jony” ləqəbi ilə Rusiya şou-biznesində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynlinin başına iş gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında “Telegram” kanalının hakerlər tərəfindən ələ keçirildiyini açıqlayıb.
“Telegram” kanalımı ələ keçiriblər. Orada heç kimdən heç nə istəməmişəm. Oraya heç nə göndərməyin. Kanalımı silirəm. Mənim adımdan “feyk” nələrsə yazırlar. Heç zaman heç kimdən pul istəmirəm, heç zaman da istəməmişəm. İnanmayın. Kanalımda hər şey qaydasındadır” – deyə “Jony” bildirib.
Rəşad Əliyev, Bizim.Media