Əməkdar artist Lalə Məmmədova yeni fotoları ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, yay aylarında burnunda “rinoplastika” plastik əməliyyat keçirən sənətçinin sosial şəbəkə hesabında paylaşdığı şəkilləri izləyicilərin xoşuna gəlməyib.
Onlar Lalənin yayımladığı fotolarının şərh bölümünə ““Heyif təbii gözəllikdən”, “Kaş “Məktəb illəri”ndə mahnısındakı kimi sadə və estetiksiz olardı. Burnunuz da əyri alınıb”, “Muasirlik zəmanəsidir, amma Allahın yaratdığı simanı heç bir şey əvəz edə bilmez”, sözlərini yazıblar.
Qeyd edək ki, Lalə Məmmədovanın yeni imici peşəkar stilist Elnur Həsənova məxsusdur.
Rəşad Əliyev, Bizim.Media