İrəvanın Baqratunyats küçəsində yerləşən hosteldə baş verən partlayış nəticəsində iki nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Fövqəladə Hallar Nazirliyi yayıb.
Zərərçəkənlər Milli Yanıq Mərkəzinə yerləşdirilib.
Partlayış barədə siqnal bazar günü saat 09:15-də böhranın idarə edilməsi mərkəzinə verilib.
Hadisə yerinə paytaxtın xilasedicilərinin iki yanğınsöndürən briqadası gəlib.
Bu, son iki gündə həmin küçədə baş verən ikinci hadisədir. Şənbə günü fərdi tikililərdən birində yanğın baş verib, nəticədə tikinti materialları və odunlar yanıb.
Bizim.Media