"Tez-tez efirə çıxan, səsi olmayan müğənnilər üçün təzə dərman gəlib. Keyfiyyətlidir, tez bir zamanda öz təsirini göstərir".
Bizim.Media xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial şəbəkə hesabında yayımladığı videoaçıqlamada deyib.
Sənətçi səsi olmayan müğənnilərə yarı zarafat, yarı ciddi siçan dərmanı yeməyi məsləhət görüb.
"Məsləhət görürəm ki, bundan istifadə edin. Siçan dərmanıdır, yeyin və ölün".
Qeyd edək ki, H.Məhəmmədoğlu tez-tez müsahibələrində sənəti olmayan və incəsənətə xələl gətirən bəzi şou nümayəndələrini sərt mesajları göndərərək, tənqid edir.
Rəşad Əliyev, Bizim.Media