Türkiyə sərhədçiləri tərəfindən son bir həftə ərzində ölkə ərazisi vasitəsilə Yunanıstana, Suriyadan isə Türkiyəyə qeyri-qanuni yollarla keçmək istəyən 16 nəfər yaxalanıb.
Bizim.Media “milliyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, həmin şəxslərdən 12-nin FETÖ, 4-nün isə PKK terror təşkilatının üzvü olduğu müəyyən edilib.
Bizim.Media