Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu oktyabrın 9-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) sədrlərinin toplantısında iştirak edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Bildirilib ki, Strasburqda keçiriləcək iclasda Avropanın üzləşdiyi çağırışlar və Avropa Şurasının gələcəyi ilə bağlı qeyri-rəsmi müzakirələrin aparılması nəzərdə tutulur.
Bizim.Media