Qusar Dövlət Ləzgi Dram Taetrı noyabrın 25-30 arası Mədəniyyət Nazirliyinin Bakıda keçirəcəyi “4.4. Qısa tamaşalar” Festivalına tam hazırdır. Teatr festivala müasir qazax yazıçısı Murad Karaqanadın "Poni"əsərini hazırlayıb.
Bu barədə Qusar Dövlət Ləzgi Teatrının baş rejissoru Əliyar Əliyev Bizim.Media-ya özəl açıqlama verib.
Onun sözlərinə görə, Qusar teatrı ilk dəfədir ki, absurd janrda tamaşa hazırlayır.
Hazırda tamaşaya daxili baxış keçirilir. Teatr kollektivi tamaşanın festivalda mükafata layiq yerləri tutacağına əmindir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu