İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev Rusiyanın Stupina Quadrat Xüsusi İqtisadi Zonasının rəhbəri Yekaterina Yevdokimova ilə görüşüb.
Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan və Rusiya arasında sənaye parkları sahəsində əməkdaşlığın qurulması, sənaye parklarının Femoza İqtisadi Zonaların Beynəlxalq Birliyinə üzvlük imkanları müzakirə edilib.
Həmçinin Birliyə üzvlük çərçivəsində vahid elektron məlumat bazasinın yaradılması məsələləri barədə fikir mübadiləsi aparılıb.
Bizim.Media