“Ermənistan Ombudsmanı yanlış məlumatlar yaymaq əvəzinə, itkin düşmüş soydaşlarımızın hesabatını versin” – Ombudsman

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan Ombudsmanının əsassız iddialarına cavab verib.

Bizim.Media xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Ermənistan Ombudsmanının Azərbaycanda erməni əsirlərə işgəncə verilməsi ilə bağlı iddiaları Ermənistanın həqiqəti gizlətməyə, həmin ölkənin ənənəvi siyasətinə məxsus yalan məlumatlarla dünya ictimaiyyətinin çaşdırılmasına yönəlik növbəti addımıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Ombudsman Aparatının Qarabağda MƏRKƏZİ AÇILACAQ


"Bununla bağlı bildiririk ki, Ombudsman Səbinə Əliyeva və Aparatın nümayəndələri beynəlxalq konvensiyaların tələbləri rəhbər tutulmaqla erməni əsirlərə və azad edilmiş ərazilərimizdə saxlanılaraq istintaqa təhvil verilmiş hərbi dəstə üzvlərinə bir neçə dəfə baş çəkiblər.

Həmin başçəkmələr zamanı milli qanunvericiliyə və beynəlxalq hüquqa əsasən malik olduqları hüquqlar əsirlərə öz dillərində izah edilib. Həmin Ermənistan vətəndaşları saxlanma şəraiti və rəftardan şikayət etməyiblər.

Habelə onlar üçün beynəlxalq standartlara uyğun səviyyədə tibbi xidmətin təşkil olunduğu, ailə üzvləri ilə telefon əlaqəsi saxlamağa şərait yaradıldığı müəyyən edilib. Ombudsmanın bu başçəkmələri ilə əlaqədar beynəlxalq təşkilatlara hesabatlar da təqdim olunub.

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Ermənistanın cari ilin sentyabrın 12-də başlatdığı son genişmiqyaslı təxribatlardan sonra əsir düşmüş erməni hərbi qulluqçulara da başçəkmə keçirilib, onlara hüquqları izah edilib. Fərdi şəkildə qəbul edilmiş həmin şəxslər də saxlanma şəraiti və rəftardan narazılıq etməyiblər”.

Səbinə Əliyeva bildirib ki, həyata keçirdiyi başçəkmələrin nəticələrinə əsasən Azərbaycanda Ermənistan əsirlərinə münasibətdə beynəlxalq humanitar hüququn tələblərinə uyğun insani yanaşma sərgiləndiyi müşahidə edilib.
“Əsirlər Ermənistana qaytarıldıqdan sonra isə Azərbaycanda onlara qarşı işgəncələrin olması, habelə bəzi şəxslərin əsir və girov götürülərək qətlə yetirilməsi kimi yanlış iddiaların tirajlanmasını dünya ictimaiyyətinin diqqətini Ermənistanın törətdiyi cinayətlərdən yayındırmaq cəhdi kimi qiymətləndiririk”.

Ombudsman həmçinin, hələ Vətən müharibəsinin gedişində tərəfimizdən erməni əsirlərin hüquqlarının təmini vəziyyətinin monitorinqi məqsədilə bu cür başçəkmələr keçirilsə də, xüsusilə Azərbaycanın yaralı hərbi əsirlərinə qarşı qeyri-insani münasibət göstərildiyini sübut edən videoların yayılmasından sonra belə Ermənistanın Ombudsman təsisatı tərəfindən həmin şəxslərin hüquqlarının təmini vəziyyətinin monitorinqi üçün bir dəfə də başçəkmə keçirilmədiyini vurğulayıb.

“Buna baxmayaraq, Ermənistan əsirliyində olmuş hərbi qulluqçularımız və 2014-cü ildən Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlı mülki şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərov ölkəmizə qaytarıldıqdan dərhal sonra Azərbaycan Ombudsmanı onlarla görüş keçirib və fərdi söhbətlər zamanı həmin şəxslər bir sıra işgəncə hallarına, qəddar və qeyri-insani davranışa məruz qaldıqlarını bildiriblər.

İfadələrdə əsirlikdə olduqları müddətdə onlara lazımi tibbi xidmətin göstərilməməsi, tibb heyəti tərəfindən qeyri-insani münasibətə məruz qalmaları da qeyd olunub. Bu faktlar sənədləşdirilməklə Ombudsman tərəfindən hesabat şəklində hazırlanaraq beynəlxalq təşkilatlara göndərilib.

Bundan başqa, adıçəkilən iki azərbaycanlı mülki şəxslə bərabər işğal altında olmuş Kəlbəcərdə girov götürülmüş və ermənilər tərəfindən ağır işgəncələrə məruz qalaraq qətlə yetirilmiş Həsən Həsənovla bağlı ekspertiza rəyi və reallığı əks etdirən fotolar da həmin hesabata əlavə edilmişdir.

Eyni zamanda, müharibə dövründə azərbaycanlı əsirlərə işgəncə verilməsi, cəsədlərin zorakılığa məruz qalması, yandırılması, təhqir edilməsi halları ilə bağlı da həm kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanmış, həm də əldə edilmiş digər sübutlara əsaslanan materiallar da tərəfimizdən dəfələrlə diqqətə çatdırılmışdır.

Bununla bağlı məlumatlar mütəmadi olaraq Ombudsmanın rəsmi internet səhifəsi, sosial şəbəkə hesabları və mətbuatda işıqlandırılmış, hazırlanmış hesabatlar aidiyyəti beynəlxalq ünvanlara təqdim edilmişdir.

Onu da xatırlatmaq istərdik ki, Ermənistan tərəfi bugünədək Birinci Qarabağ müharibəsində əsir və itkin düşmüş, girov götürülmüş dörd minə yaxın azərbaycanlı ilə bağlı məlumat verməkdən yayınır.

Həmin şəxslərin məruz qaldıqları işgəncələrə dözməyərək vəfat etməsi, qətlə yetirilməsi, kütləvi şəkildə dəfn edilməsinə dair sübutlar vardır.

Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə kütləvi məzarlıqların aşkar edilməsi, orada dəfn edilmiş mülki şəxslərin və hərbçilərin işgəncəyə məruz qaldığını təsdiq edən faktlar da bunun bariz göstəricisidir.

Bu baxımdan, çoxsaylı cinayət əməllərinə yol vermiş və hələ də bu halları davam etdirən Ermənistan tərəfinin erməni əsirlərə qarşı Azərbaycanın humanist rəftarını əksinə təqdim etməyə cəhd göstərməsini bir daha Ermənistanın hər zaman olduğu kimi həqiqətləri təhrif etməklə dünya ictimaiyyətini çaşdırmaq və törətdiyi cinayətləri gizlətmək cəhdi kimi qiymətləndiririk.
Yaxşı olardı ki, Ermənistan Ombudsmanı bu cür yanlış məlumatlar yayaraq dünya ictimaiyyətini çaşdırmaq, Azərbaycan Ombudsmanının hesabatlarını plagiatlaşdırmaq əvəzinə dörd minə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinə çalışsın, bununla da, sülhə və insan hüquqlarının təmininə dəstək versin",-deyə Ombudsman bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda evdən kişi meyiti TAPILDI

Bakıda evdən kişi meyiti TAPILDI

Azərbaycan çempionatı BAŞA ÇATDI

Azərbaycan çempionatı BAŞA ÇATDI

B12 vitamini MÜTLƏQDİR

B12 vitamini MÜTLƏQDİR

Netanyahu Trampla İranla aparılan danışıqları MÜZAKİRƏ EDƏCƏK

Netanyahu Trampla İranla aparılan danışıqları MÜZAKİRƏ EDƏCƏK

“Barselona” bu futbolçu ilə müqaviləni UZATDI

“Barselona” bu futbolçu ilə müqaviləni UZATDI

Bakıda narkotacir tutuldu - VİDEO

Bakıda narkotacir tutuldu - VİDEO

Bu şəxslərə kartof olmaz - Dietoloqdan XƏBƏRDARLIQ

Bu şəxslərə kartof olmaz - Dietoloqdan XƏBƏRDARLIQ

“Mingəçevir”dən böyükhesablı qələbə - VİDEO

“Mingəçevir”dən böyükhesablı qələbə - VİDEO

Leyla Əliyeva və Alena Əliyeva GƏNCƏDƏ - VİDEO

Leyla Əliyeva və Alena Əliyeva GƏNCƏDƏ - VİDEO

Hüseyn Dəryanın OĞLU: “Mənim ən böyük qaranlığımsan, ata” - FOTO

Hüseyn Dəryanın OĞLU: “Mənim ən böyük qaranlığımsan, ata” - FOTO

Milanda Olimpiadaya qarşı etirazlar başlayıb - VİDEO

Milanda Olimpiadaya qarşı etirazlar başlayıb - VİDEO

Bakıda iki körpə eyni vaxtda həyatını itirdi: Əkizlərin ölümündə müəmmalı "boya" DETALI - VİDEO

Bakıda iki körpə eyni vaxtda həyatını itirdi: Əkizlərin ölümündə müəmmalı "boya" DETALI - VİDEO

Daha bir cüdoçumuz Fransada medal QAZANDI

Daha bir cüdoçumuz Fransada medal QAZANDI

İsmayıllıda istirahət mərkəzindəki yanğın SÖNDÜRÜLDÜ - VİDEO

İsmayıllıda istirahət mərkəzindəki yanğın SÖNDÜRÜLDÜ - VİDEO

ABŞ-nin vitse-prezidenti Azərbaycana SƏFƏR EDƏCƏK

ABŞ-nin vitse-prezidenti Azərbaycana SƏFƏR EDƏCƏK

Fransalı Messi Səudiyyə Ərəbistanı KLUBUNDA

Fransalı Messi Səudiyyə Ərəbistanı KLUBUNDA

“Aİ sanksiyaları birliyin özünə zərər verir” - Fitso

“Aİ sanksiyaları birliyin özünə zərər verir” - Fitso

Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - VİDEO

Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - VİDEO

“Mançester Yunayted” “Tottenhem”ə qalib gəldi - VİDEO

“Mançester Yunayted” “Tottenhem”ə qalib gəldi - VİDEO

Səudiyyə Ərəbistanı Hələbdəki hava limanlarının inkişafına 2 milyard dollar AYIRIR

Səudiyyə Ərəbistanı Hələbdəki hava limanlarının inkişafına 2 milyard dollar AYIRIR

Almaz Ələsgərlidən Rəhim Rəhimli haqda ŞOK SÖZLƏR: "Ölümündə..."

Almaz Ələsgərlidən Rəhim Rəhimli haqda ŞOK SÖZLƏR: "Ölümündə..."

İsmayıllıda oteldə YANĞIN OLDU

İsmayıllıda oteldə YANĞIN OLDU

Cüdoçumuz “Böyük Dəbilqə”nin QALİBİ OLDU - VİDEO

Cüdoçumuz “Böyük Dəbilqə”nin QALİBİ OLDU - VİDEO

İnsanlarla dolu attraksion uçdu, ölən və yaralılar var - ANBAAN VİDEO

İnsanlarla dolu attraksion uçdu, ölən və yaralılar var - ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO