Rusiyanın Sankt-Peterburq şəhərində əvəlcədən planlaşdırılan ənənəvi Yeni il və Milad tədbirləri ləğv edilib.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə şəhər meri Aleksandr Beqlov hökumət üzvləri ilə görüşündə bildirib.
Məlumata görə, bayram tədbirinə xərclənməsi nəzərdə tutulan vəsait səfərbərlik üçün əlavə avadanlığın alınmasına, könüllülərə vəsaitlərin ödənilməsinə xərclənəcək.
Həmçinin bildirilib ki, şəhərdə sadəcə uşaqlar üçün “Yeni il” şənlikləri təşkil olunacaq.
Qeyd edək ki, hər il bayramlarla əlaqədar şəhərin Saray meydanında və Nevski prospektində konsert proqramı, atəşfəşanlıq, “Milad ulduzu” adlı alov festivalı, Tauride sarayında xeyriyyə qəbulu aksiyaları təşkil olunurdu.
Xatırladaq ki, daha əvvəl Sankt-Peterburqda səfərbərliyə cəlb olunanlara 100 min rubl, könüllülərə isə 300 min rubl məbləğində birdəfəlik ödəmələrin verilməsi barədə qərar qəbul edilib.
Bizim.Media