Ermənistanın Baş naziri Nikol Paşinyanın diplomatik pasportu 10 noyabr - üçtərəfli bəyanat imzalandığı gün Ermənistan hökumətinin binasına basqın edən insanlar tərəfindən oğurlanıb.
Bizim.Media-nın “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan məlumat verib.
Məlumata görə, 10 noyabr bəyanatı imzalandıqdan sonra etiraz edən insanlar hökumət binası və Baş nazirin malikanəsini dağıdıb və müxtəlif əşyalarını (komputer, saat, ətir, sürücülük vəsiqəsi) oğurlayıblar. Bunlarla yanaşı Baş nazirin və bundan əlavə 13 diplomatik passport oğurlanıb.
Bizim.Media
