Rusiya sülh müqaviləsinin imzalanması ilə bağlı hərtərəfli təkliflərini Azərbaycan və Ermənistana təqdim edib.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Mariya Zaxarova səsləndirib.
Zaxarova “mövzunun həssaslığına” istinad edərək, İrəvanla Bakı arasında aparılan danışıqların təfərrüatlarını açıqlamayıb.
“Diqqətimizi nəticələrə yönəltmişik”, - deyə o bildirib.
Bizim.Media