Xəbər verdiyimiz kimi, müğənni Kərim Abbasov oğlu Yusifə oktyabrın 12-si 200-ə yaxın qonağın iştirak edəcəyi kiçik toy keçirəcək.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Səhər mərkəzi” verilişində tez-tez küsüb barışdığı həmkarı Niyam Salamini övladının xoş günündə görmək istəmədiyini bildirib.
“Həqiqətən məni sevən, hörmət edən sənət yoldaşlarımı oğlum Yusifin kiçik toyunda görmək istəyirəm. Elə sənət dostlarım var ki, məni həm sevir, həm də sevmir. Onları çağırmadım, çünki görmək istəmirəm. “Az olsun, saz olsun”. Həyat yoldaşım Təranə xanım məndən xahiş etdi ki, Niyam Salamini şəxsən özü çağıracaq. Çünki xanımımla Niyam arasında çox gözəl ailəvi dostluq münasibəti var. Amma “Yox” cavabını verdim. Çağıracağam, gələcək məndən yenə umacaq. Dönə-dönə xanımımdan xahiş etdim ki, əgər toyda keyfimin pozulmasını istəmirsənsə və növbəti verilişlərdə onunla mənim aramda yarana biləcək söz-söhbətin yaşanmasını istəmirsənsə, Niyamı çağırma”.
Rəşad Əliyev, Bizim.Media