Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyada sivillərin olduğu əraziyə raket hücumunun qarşısı havada alınıb. Ər-Riyada ilk dəstək İordaniya Krallığından gəlib.
Bizim.Media "MENAFN"a istinadən xəbər verir ki, İordaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Əl-Fəyyaz raket hücumunun Yəmənin Huti qruplaşması tərəfindən edildiyini söyləyib.
O bu addımı qınayıb və terror kimi qiymətləndirib.
"İki krallıq arasındakı münasibətlər ayrılmazdır. Biz Səudiyyə Ərəbistanın yanındayıq" deyə XİN nümayəndəsi bildirib.
Qeyd edək ki, ölkənin rəsmi məlumatlarında Ər- Riyada hücum zamanı heç bir maddi zərər və insan itkisi olmadığı vurğulanır.
Bizim.Media