Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq

İsveç Akademiyası cümə axşamı 2022-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatının adını elan edəcək.

Bizim.Media xəbər verir ki, 2018-ci ilin noyabrında Akademiya Nobel Fondu ilə birlikdə 2019-cu il fevralın 1-dən fəaliyyətə başlayan yeni Ədəbiyyat üzrə Nobel Komitəsinin yaradılması barədə qərar qəbul edib.

Alfred Nobelin (1833-1896) vəsiyyətinə görə, bu sahədə mükafat “idealist yönlü ən yaxşı ədəbi əsər”in müəllifinə verilməlidir.

1 iyun 2019-cu il tarixindən akademiyanın yeni daimi katibi - Göteborq Universitetinin ədəbiyyat professoru Mats Malmdır. Məhz o, (Bakı vaxtı ilə) saat 15:00-da yeni Nobel mükafatçısının adını açıqlayacaq və Nobel Komitəsinin sədri Anders Ulsson bu yazıçı və ya şair haqqında danışacaq.

Ötən il Zənzibardan (müasir Tanzaniyanın bir hissəsi) olan yazıçı Abdulrəzak Qurna ədəbiyyat üzrə Nobel mükafatını qazanıb. Qərarda bildirilir ki, mükafat “müstəmləkəçiliyin nəticələri, mədəniyyətlərin və qitələrin girdabına düşmüş qaçqınların taleyinə dair barışmaz və mərhəmətli anlayışına görə” verilib.

İsveç mediasında 2022-ci ilin favoritləri arasında norveçli nasir və dramaturq, povest ustası, ölkənin ən məşhur yazıçılarından biri Daq Sulstad da var.

Hindistan əsilli britaniyalı yazıçı Salman Rüşdinin, fransız nasir Mişel Uelbekin, eləcə də onun həmyerlisi Anni Ernonun, nigeriyalı yazıçı Çimamanda Nqozi Adiçinin və rusiyalı Lüdmila Ulitskayanın da adları mükafat alacağı güman edilənlər arasındadır.

Potensial qaliblər arasında suriyalı şair Adonis və yapon yazıçısı Haruki Murakami, həmçinin Somali yazıçısı Nuruddin Farah var.
Nobel mükafatı 1901-ci ildən bu günədək 609 dəfə verilib. 943 nəfər və 45 təşkilat laureat olub, onlardan 118 yazıçı və şair ədəbiyyat sahəsi üzrə mükafatlandırılıb.

Mükafat dekabrın 10-da, Alfred Nobelin vəfat etdiyi gün təqdim olunacaq. Pandemiya ilə əlaqədar iki illik fasilədən sonra mərasim yenidən Stokholm Filarmoniyasında keçiriləcək.

Nobel mükafatının hər nominasiya üzrə pul məbləği keçmişdə olduğu kimi, bu il də 10 milyon kron (916 min ABŞ dolları) təşkil edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dövlətə məxsus 55 nəqliyyat vasitəsi SATILDI

Dövlətə məxsus 55 nəqliyyat vasitəsi SATILDI

“Qəbələ”nin oyunçusu dünya çempionatında İŞTİRAK EDƏCƏK

“Qəbələ”nin oyunçusu dünya çempionatında İŞTİRAK EDƏCƏK

İdman zalı ayaq yolundan daha mikropludur

İdman zalı ayaq yolundan daha mikropludur

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

Ceyhunun avtomobili YANDI

Ceyhunun avtomobili YANDI

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

"Qarabağ" hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

"Qarabağ" hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

Onkoloq Anar Məmmədovun peşəkarlığı səhv iddiaları DOĞRU ÇIXARDI - VİDEO

Onkoloq Anar Məmmədovun peşəkarlığı səhv iddiaları DOĞRU ÇIXARDI - VİDEO

"Qarabağ" fərqi AZALTDI - VİDEO

"Qarabağ" fərqi AZALTDI - VİDEO

Sərnişin tərəfindən döyülən avtobus sürücüsü açıqlama verdi - VİDEO

Sərnişin tərəfindən döyülən avtobus sürücüsü açıqlama verdi - VİDEO

“Benfika” hesabı ARTIRDI - YENİLƏNİB/VİDEO

“Benfika” hesabı ARTIRDI - YENİLƏNİB/VİDEO

Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Naxçıvanın BU ƏRAZİSİNDƏ işıq olmayacaq

Naxçıvanın BU ƏRAZİSİNDƏ işıq olmayacaq

Azərbaycan klubu baş məşqçi ilə müqaviləni UZATDI

Azərbaycan klubu baş məşqçi ilə müqaviləni UZATDI

Bu ətlərin qiymətində UCUZLAŞMA

Bu ətlərin qiymətində UCUZLAŞMA

Trampdan VƏD: “Ukrayna ciddi problemlərlə qarşı-qarşıyadır, amma mən bunu dayandıracam”

Trampdan VƏD: “Ukrayna ciddi problemlərlə qarşı-qarşıyadır, amma mən bunu dayandıracam”

Zərərli qidalardan asan yolla imtina etməyin YOLLARI - Dietoloqdan tövsiyələr

Zərərli qidalardan asan yolla imtina etməyin YOLLARI - Dietoloqdan tövsiyələr

“Barselona” “Nou Kamp”a qayıda bilmir

“Barselona” “Nou Kamp”a qayıda bilmir

Bakıda FACİƏ: 78 yaşlı qadın binadan yıxılıb öldü

Bakıda FACİƏ: 78 yaşlı qadın binadan yıxılıb öldü

Sumqayıtda yaşayış binasında yanğın oldu, 8 nəfər təxliyə edildi - VİDEO

Sumqayıtda yaşayış binasında yanğın oldu, 8 nəfər təxliyə edildi - VİDEO

End of content

No more pages to load

RADİO