İran hökuməti vətəndaşları öz həmvətənlərini satmağa təşviq edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Sosial mediada yayılan video görüntülərə əsasən təhlükəsizlik orqanları vətəndaşlara SMS göndərərək onları hökumətə casusluq etməyə təşviq etməklə, etirazlarla bağlı baş verənləri bildirmələrini istəyiblər.
Bundan qəzəblənən etirazçılar "Ölüm olsun İslam Respublikası quruluşuna!", "Ölüm olsun diktatora!" şüarları səsləndirməyə başlayıblar.
Bizim.Media