Göyçə gölünü qidalandıran Bazarçay və Arpa çaylarının mənbəyi Azərbaycanın nəzarətindədir.
Bizim.Media xəbər verir ki, bunu yanvarın 26-da jurnalistlərlə görüşdə Ermənistanın ətraf mühit naziri Romanos Petrosyan deyib.
Onun sözlərinə görə, çayların mənbəyi Kəlbəcər ərazisindədir.
"Biz həmvətənlərimizin bütün siqnallarını öyrəndik, onların narahatlığını ifadə etdik və şərhlərimizlə birlikdə Müdafiə Nazirliyinə və Ermənistan Baş nazirinin aparatına göndərdik", - deyə o, əlavə edib.
Bizim.Media