Rusiya Litvanın müvəqqəti işlər vəkili Virginiya Umbraseni ölkədən çıxarır.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN açıqlama yayıb.
Açıqlamaya görə, diplomat yaxın 5 gün ərzində ölkəni tərk etməlidir.
XİN bu addımın Litvanın Rusiyanın müvəqqəti işlər vəkili Sergey Ryabokonu ölkədən çıxarmasına cavab olduğunu açıqlayıb.
Xatırladaq ki, iki gün öncə Litva Rusiyanın müvəqqəti işlər vəkili Sergey Ryabokonu diplomatik statusa uyğun olmayan hərəkət və bəyanatlarına görə ölkədən çıxarıb.
Bizim.Media