“Bakı Metropoliteni”nin keçmiş rəisi Tağı Əhmədovun səhhətində ciddi problem yaranıb.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, sabiq rəisin ayaqları tutulub və buna ağır şəkər xəstəliyi səbəb göstərilib.
T.Əhmədov Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Hazırda metropolitenin keçmiş rəisinin vəziyyətinin ağır olduğu deyilir.
Bizim.Media