Ermənistanın ədliyyə naziri Karen Andreasyan istefa verib.
Bizim.Media xəbər verir ki, o, bu barədə sosial şəbəkədə elan edib.
"Bu gün mənim Ermənistanın ədliyyə naziri vəzifəsində son günümdür", - deyə Andreasyan yazıb.
Andreasyan paylaşımına rəhbərlik etdiyi dövrdə nazirliyin nailiyyətlərinin siyahısını əlavə edib.
Qeyd edək ki, bir qədər əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Andreasyanın müavini Yeranuhi Tumanyansı tutduğu vəzifədən azad edib.
Bizim.Media