Dünya azərbaycanlıları Edillidəki kütləvi məzarlıqla bağlı BƏYANAT YAYDI  

Azərbaycan diaspor təşkilatları Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqlarla bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb. 

Bu barədə Bizim.Media-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. 
Bəyanatda deyilir: 

“Biz, xarici ölkələrdə yaşayan azərbaycanlılar Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlığın aşkar edilməsi xəbərini dərin hiddətlə qarşılayır və bu reallığı Ermənistanın növbəti hərbi cinayətinin ifşası kimi dəyərləndiririk. 

Bildiririk ki, rəşadətli Azərbaycan Ordusunun 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad etdiyi Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıq sayca birinci deyil.

Həmin məzarlıqda məftil və kəndirlərdən istifadə edilməklə əl-ayağı bağlanaraq kütləvi şəkildə dəfn edilmiş 12 insan qalığının tapılması, ümumilikdə Edillidə kütləvi məzarlıqlardan qalıqları aşkarlanmış insanların sayının 25-ə çatdığını söyləməyə əsas verir. Geyim və əşyalarından həmin şəxslərin hərbçi olduqları reallığı azərbaycanlı hərbi əsirlərin işgəncə verilərək qətlə yetirilməsi ilə bağlı bir çox ifadələri sübut edir. 
Aşkar edilmiş qalıqlar Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş, bu günədək taleyi naməlum olan azərbaycanlılara məxsusdur. Halbuki Ermənistan tərəfi dəfələrlə edilən çağırışlara baxmayaraq, törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətmək məqsədilə həmin şəxslərin taleyi, eləcə də azərbaycanlıların kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırıb. 

Xüsusi vurğulayırıq ki, belə məzarlıqların üzə çıxması etnik nifrət hissinə köklənmiş Ermənistan silahlı qüvvələrinin davamlı olaraq beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq normalarının, o cümlədən Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cü il tarixli Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozaraq azərbaycanlı mülki şəxslərə, hərbi qulluqçulara, xüsusilə də yaralılara və həlak olmuş şəxslərə qarşı işgəncə və insanlıq əleyhinə əməllərlə müşahidə olunan müharibə cinayətlərini açıq şəkildə ifşa edir, onların qeyri-humanist davranışını, genosid siyasəti həyata keçirdiyini nümayiş etdirir.

Birinci və İkinci Qarabağ müharibələri zamanı erməni hərbi qulluqçular tərəfindən azərbaycanlı hərbi əsirlərin yaxın məsafədən başlarına, ürək nahiyələrinə atəş açmaqla qəddarcasına qətlə yetirilməsi, hərbçilərinin cəsədlərinin qarət olunması, hissələrə doğranması, insanlığa sığmayan hərəkətlərə yol verilməklə işgəncə və təhqirə məruz qalması ilə bağlı çoxsaylı faktları təsdiq edən xeyli sayda videolar qeyd edilənlərin bariz nümunəsidir. 

Təəssüf hissi ilə bəyan edirik ki, Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməklə bərabər irqi, etnik, dini zəmində kəskin nifrət siyasəti həyata keçirən Ermənistan ölkəmizə qarşı müharibə cinayətlərini dayandırmaq və əvvəllər törədilmiş cinayətlərə görə təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində əməli tədbirlər görmək əvəzinə, xalqlar arasında qarşıdurmaya səbəb olan təxribatlara yol verməklə regionda təhlükəsizliyə və sülhyaratma prosesinə maneə yaradır. 

Mühüm bir faktı da unutmamaq lazımdır ki, Ermənistan silahlı qüvvələri 30 il işğal altında saxladığı Azərbaycan ərazilərini minalarla çirkləndirib, İkinci Qarabağ müharibəsi dövründə cəbhə xəttindən onlarla kilometr uzaqda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir, Goranboy və Tərtər kimi şəhərlərinə raket zərbələri endirib, nəticədə 100-dən artıq dinc sakin həlak olub. Lakin Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə əldə edilmiş razılıqlara zidd olaraq, rəsmi İrəvan bu günədək mina xəritələrini və Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4000-dək azərbaycanlının taleyi barədə məlumatları Azərbaycana təqdim etməyib. 

Dünya azərbaycanlıları qətiyyətlə bəyan edir ki, Ermənistanın növbəti belə cinayət əməlləri törətməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət bu müharibə cinayətlərinə adekvat reaksiya verməli, həmin cinayətləri törədənlər məsuliyyətə cəlb edilməlidir. Dünya ictimaiyyəti bilməlidir ki, Ermənistan Azərbaycana qarşı humanitar sahədə intervensiya siyasəti həyata keçirib. 
Biz bu faktları BMT, Avropa İttifaqı, Avropa Şurası və onların qurumlarının, digər səlahiyyətli beynəlxalq və regional təşkilatların diqqətinə bir daha çatdıraraq, Ermənistanın hərbi cinayətlərinin qarşısının alınmasını tələb edir, müxtəlif vaxtlarda etnik zəmində törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərə görə cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı hüquq müstəvisində təcili tədbirlər görməyə çağırırıq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Sabah" “Araz-Naxçıvan"la üz-üzə gələcək

"Sabah" “Araz-Naxçıvan"la üz-üzə gələcək

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində - FOTO

Sürücü narkotik aludəçisi olub - ÜZƏ ÇIXDI - FOTO

Sürücü narkotik aludəçisi olub - ÜZƏ ÇIXDI - FOTO

Alen Simonyan niyə Moskvaya gedib? - FOTO

Alen Simonyan niyə Moskvaya gedib? - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Natiq Qasımovun ailəsini ziyarət edib - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Natiq Qasımovun ailəsini ziyarət edib - FOTO

Dünyada şorgözlərin, Bakıda isə mədəniyyətin ünvanına çevrildi... – “Ütü bina”nın SİRLİ TARİXÇƏSİ

Dünyada şorgözlərin, Bakıda isə mədəniyyətin ünvanına çevrildi... – “Ütü bina”nın SİRLİ TARİXÇƏSİ

Vəfanın arxiv VİDEOsu yayıldı

Vəfanın arxiv VİDEOsu yayıldı

Bu ölkə konstitusiyasını DƏYİŞİR

Bu ölkə konstitusiyasını DƏYİŞİR

Erməni hərbçinin meyiti TAPILDI

Erməni hərbçinin meyiti TAPILDI

Putin deyir: “Mənə bütün Donbası verin – müharibəni bitirim” – Zelenski

Putin deyir: “Mənə bütün Donbası verin – müharibəni bitirim” – Zelenski

Kirayə qaldığı mənzildə VƏFAT ETDİ

Kirayə qaldığı mənzildə VƏFAT ETDİ

Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - GİZLİ SƏBƏB

Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - GİZLİ SƏBƏB

Bu VİDEO bir günə 2 milyon İZLƏNDİ

Bu VİDEO bir günə 2 milyon İZLƏNDİ

Yaponiyada parlament seçkiləri keçirilir

Yaponiyada parlament seçkiləri keçirilir

İspaniya səkkizinci dəfə qitə çempionu oldu - VİDEO

İspaniya səkkizinci dəfə qitə çempionu oldu - VİDEO

Dünyanın ən böyük futbol stadionu tikilir

Dünyanın ən böyük futbol stadionu tikilir

At ətini mal əti adı altında satmaq istəyən şəxslər saxlanıldı

At ətini mal əti adı altında satmaq istəyən şəxslər saxlanıldı

Bakıda evdən kişi meyiti TAPILDI

Bakıda evdən kişi meyiti TAPILDI

Azərbaycan çempionatı BAŞA ÇATDI

Azərbaycan çempionatı BAŞA ÇATDI

B12 vitamini MÜTLƏQDİR

B12 vitamini MÜTLƏQDİR

Netanyahu Trampla İranla aparılan danışıqları MÜZAKİRƏ EDƏCƏK

Netanyahu Trampla İranla aparılan danışıqları MÜZAKİRƏ EDƏCƏK

“Barselona” bu futbolçu ilə müqaviləni UZATDI

“Barselona” bu futbolçu ilə müqaviləni UZATDI

Bakıda narkotacir tutuldu - VİDEO

Bakıda narkotacir tutuldu - VİDEO

Bu şəxslərə kartof olmaz - Dietoloqdan XƏBƏRDARLIQ

Bu şəxslərə kartof olmaz - Dietoloqdan XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO