Xəbər verdiyimiz kimi, müğənni Aysel Əlizadə plastik əməliyyat olunub.
Bizim.Media xəbər verir ki, burun əməliyyatı keçirən sənətçi anesteziyadan ayıldıqdan sonra xəstəxananın palatasında yeni görüntülərini çəkərək, sosial şəbəkə hesabında paylaşıb.
Əməliyyatını yerli cərrahlardan birinə həvalə edən Aysel görünüşündən razı qaldığını paylaşıma ürək işarəsi əlavə etməklə bildirib.
Qeyd edək ki, A.Əlizadə əməliyyatdan əvvəl nəfəs almaqda çətinlik çəkdiyini, eyni zamanda burnunun sağa doğru deformasiyaya uğradığını açıqlayıb.
Rəşad Əliyev, Bizim.Media