Xalq artisti Nazpəri Dostəliyeva açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Həmin Zaur" axşam şousunda qardaşından şiddət gördüyünü dilə gətirib.
Verilişin aparıcısı Zaur Kamalın "Həyatda ən sərt silləni kimdən almısınız?" sualına Nazpəri belə cavab verib:
"Məktəbdən evə döndüyümdə böyük qardaşım mənə sillə vurub. "Bəla" qardaşım məni vurub.
Qardaşım müğənni olmağımı istəmirdi. Elə ona görə də o mənə əl qaldırıb".
Qeyd edək ki, N.Dostəliyevanın böyük oğlu Əli Quliyev 41 yaşında ürək çatışmazlığından vəfat edib. Ağır itkidən sonra Xalq artisti uzun müddət səhnədən uzaqlaşıb.
Rəşad Əliyev, Bizim.Media