Ağdamda yaşayış məhəlləsinin təməli qoyulub - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, oktyabrın 4-də keçmiş məcburi köçkünlər üçün Ağdam şəhərində inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. 

Bizim.Media  xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma məhəllə barədə məlumat verib. 

O bildirib ki, Ağdam şəhərinin təsdiq edilmiş baş planına uyğun olaraq əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub.
Təməli qoyulan yaşayış məhəlləsinin salınması üçün 6,9 hektar torpaq sahəsi ayrılıb. Ərazi şəhərin şimal-şərqində yerləşir. Şərqdən Üzərliktəpə tarixi arxeoloji abidəsi, qərbdən isə şəhərin tarixi mərkəzi ilə əhatələnib. Həmçinin “İmarət” adlanan tarixi ərazi də məhəllənin yaxınlığındadır.

Həmçinin bildirilib ki, layihə üzrə yaşayış binaları 4-7 mərtəbəli olacaq. Burada 1139 mənzil inşa ediləcək. Yaşayış məhəlləsində 3068 nəfər məskunlaşdırılacaq.

İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması hədəfinə uyğun olaraq, məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənmişdir. 

Prezident İlham Əliyev yaşayış məhəlləsinin təməlini qoyub.

18.09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər. 

Bizim.Media  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda səfərdədir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vüsalə gözəlliyi ilə "yandırıb-yaxdı" - VİDEO

Vüsalə gözəlliyi ilə "yandırıb-yaxdı" - VİDEO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində - FOTO

"Sabah" “Araz-Naxçıvan"la üz-üzə gələcək

"Sabah" “Araz-Naxçıvan"la üz-üzə gələcək

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində - FOTO

Sürücü narkotik aludəçisi olub - ÜZƏ ÇIXDI - FOTO

Sürücü narkotik aludəçisi olub - ÜZƏ ÇIXDI - FOTO

Alen Simonyan niyə Moskvaya gedib? - FOTO

Alen Simonyan niyə Moskvaya gedib? - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Natiq Qasımovun ailəsini ziyarət edib - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Natiq Qasımovun ailəsini ziyarət edib - FOTO

Dünyada şorgözlərin, Bakıda isə mədəniyyətin ünvanına çevrildi... – “Ütü bina”nın SİRLİ TARİXÇƏSİ

Dünyada şorgözlərin, Bakıda isə mədəniyyətin ünvanına çevrildi... – “Ütü bina”nın SİRLİ TARİXÇƏSİ

Vəfanın arxiv VİDEOsu yayıldı

Vəfanın arxiv VİDEOsu yayıldı

Bu ölkə konstitusiyasını DƏYİŞİR

Bu ölkə konstitusiyasını DƏYİŞİR

Erməni hərbçinin meyiti TAPILDI

Erməni hərbçinin meyiti TAPILDI

Putin deyir: “Mənə bütün Donbası verin – müharibəni bitirim” – Zelenski

Putin deyir: “Mənə bütün Donbası verin – müharibəni bitirim” – Zelenski

Kirayə qaldığı mənzildə VƏFAT ETDİ

Kirayə qaldığı mənzildə VƏFAT ETDİ

Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - GİZLİ SƏBƏB

Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - GİZLİ SƏBƏB

Bu VİDEO bir günə 2 milyon İZLƏNDİ

Bu VİDEO bir günə 2 milyon İZLƏNDİ

Yaponiyada parlament seçkiləri keçirilir

Yaponiyada parlament seçkiləri keçirilir

İspaniya səkkizinci dəfə qitə çempionu oldu - VİDEO

İspaniya səkkizinci dəfə qitə çempionu oldu - VİDEO

Dünyanın ən böyük futbol stadionu tikilir

Dünyanın ən böyük futbol stadionu tikilir

At ətini mal əti adı altında satmaq istəyən şəxslər saxlanıldı

At ətini mal əti adı altında satmaq istəyən şəxslər saxlanıldı

Bakıda evdən kişi meyiti TAPILDI

Bakıda evdən kişi meyiti TAPILDI

Azərbaycan çempionatı BAŞA ÇATDI

Azərbaycan çempionatı BAŞA ÇATDI

B12 vitamini MÜTLƏQDİR

B12 vitamini MÜTLƏQDİR

Netanyahu Trampla İranla aparılan danışıqları MÜZAKİRƏ EDƏCƏK

Netanyahu Trampla İranla aparılan danışıqları MÜZAKİRƏ EDƏCƏK

“Barselona” bu futbolçu ilə müqaviləni UZATDI

“Barselona” bu futbolçu ilə müqaviləni UZATDI

End of content

No more pages to load

RADİO