“KTMT-nin Ermənistanı bu təşkilatdan çıxaracağı tamamilə mümkündür”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin spikeri Alen Simonyan səsləndirib.
“Bu, bir oyun və rəqs deyil ki, bundan sonra nə olacağını anlamadan qəfil hərəkətlər edək”, deyə o, qeyd edib.
Simonyan Rusiyaya qarşıdakı səfərindən də söz açıb:
“Səfərim zamanı mən KTMT, eləcə də Ermənistanın müraciət etdiyi Qarşılıqlı Yardım Müqaviləsi ilə bağlı məsələləri mütləq müzakirə edəcəyəm. Səhv etmirəmsə, hələ də onlardan cavab gəlmir, “yox” sözünü də demirlər”.
Bizim.Media