Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşdü - YENİLƏNİB - FOTO 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud ilə görüşüb.

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, nazirlər arasında təkbətək başlayan görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Nazir Ceyhun Bayramov, Səudiyyə Ərəbistanının Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu xatırlayaraq, 30 il ərzində iki ölkə arasında inkişaf edən münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını məmnunluqla qeyd edib.
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ali və yüksək səviyyəli təmasların müxtəlif sahələrdə münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaratdığı bildirilib. Bu xüsusda, iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün müntəzəm siyasi məsləhətləşmələrin keçirilməsinin vacibliyi vurğulanıb. 

Ölkələrimiz arasında çoxtərəfli platformalar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı dəstəyin göstərildiyi diqqətə çatdırılıb.

Regional əməkdaşlıq üçün mühüm platformalardan biri kimi Körfəz Əməkdaşlıq Şurası çərçivəsində Səudiyyə Ərəbistanı ilə birgə əməkdaşlığın inkişafı xüsusi olaraq vurğulanıb. 

Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 7-ci görüşünün cari ilin sonunda Bakıda keçirilməsinin planlaşdırıldığı qeyd edilib. Sözügedən görüşün iqtisadi münasibətlərin inkişafına təkan verəcəyinə dair inam ifadə olunub. İki ölkənin müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində, alternativ enerji resurslarının inkişafı üzrə birgə uğurlu layihələr həyata keçirdiyi, bu işlərin genişləndirilməsi üçün geniş perspektivlərin olduğu bildirilib. 

44 günlük müharibədən sonra post-münaqişə dövründə sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, eyni zamanda Ermənistanın təxribatları və prosesə maneələri barədə qarşı tərəfə müfəssəl məlumat verilib.
İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri diqqətə çatdırılıb, bu istiqamətdə Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq imkanları barədə müzakirə aparılıb. 

12.33

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “Twitter” hesabında paylaşım edilib.

“Nazir Ceyhun Bayramov Azərbaycana səfəri çərçivəsində Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səudu salamlayır”, - deyə paylaşımda qeyd olunur.

Bizim.Media












 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vüsalə gözəlliyi ilə "yandırıb-yaxdı" - VİDEO

Vüsalə gözəlliyi ilə "yandırıb-yaxdı" - VİDEO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində - FOTO

"Sabah" “Araz-Naxçıvan"la üz-üzə gələcək

"Sabah" “Araz-Naxçıvan"la üz-üzə gələcək

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində - FOTO

Sürücü narkotik aludəçisi olub - ÜZƏ ÇIXDI - FOTO

Sürücü narkotik aludəçisi olub - ÜZƏ ÇIXDI - FOTO

Alen Simonyan niyə Moskvaya gedib? - FOTO

Alen Simonyan niyə Moskvaya gedib? - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Natiq Qasımovun ailəsini ziyarət edib - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Natiq Qasımovun ailəsini ziyarət edib - FOTO

Dünyada şorgözlərin, Bakıda isə mədəniyyətin ünvanına çevrildi... – “Ütü bina”nın SİRLİ TARİXÇƏSİ

Dünyada şorgözlərin, Bakıda isə mədəniyyətin ünvanına çevrildi... – “Ütü bina”nın SİRLİ TARİXÇƏSİ

Vəfanın arxiv VİDEOsu yayıldı

Vəfanın arxiv VİDEOsu yayıldı

Bu ölkə konstitusiyasını DƏYİŞİR

Bu ölkə konstitusiyasını DƏYİŞİR

Erməni hərbçinin meyiti TAPILDI

Erməni hərbçinin meyiti TAPILDI

Putin deyir: “Mənə bütün Donbası verin – müharibəni bitirim” – Zelenski

Putin deyir: “Mənə bütün Donbası verin – müharibəni bitirim” – Zelenski

Kirayə qaldığı mənzildə VƏFAT ETDİ

Kirayə qaldığı mənzildə VƏFAT ETDİ

Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - GİZLİ SƏBƏB

Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - GİZLİ SƏBƏB

Bu VİDEO bir günə 2 milyon İZLƏNDİ

Bu VİDEO bir günə 2 milyon İZLƏNDİ

Yaponiyada parlament seçkiləri keçirilir

Yaponiyada parlament seçkiləri keçirilir

İspaniya səkkizinci dəfə qitə çempionu oldu - VİDEO

İspaniya səkkizinci dəfə qitə çempionu oldu - VİDEO

Dünyanın ən böyük futbol stadionu tikilir

Dünyanın ən böyük futbol stadionu tikilir

At ətini mal əti adı altında satmaq istəyən şəxslər saxlanıldı

At ətini mal əti adı altında satmaq istəyən şəxslər saxlanıldı

Bakıda evdən kişi meyiti TAPILDI

Bakıda evdən kişi meyiti TAPILDI

Azərbaycan çempionatı BAŞA ÇATDI

Azərbaycan çempionatı BAŞA ÇATDI

B12 vitamini MÜTLƏQDİR

B12 vitamini MÜTLƏQDİR

Netanyahu Trampla İranla aparılan danışıqları MÜZAKİRƏ EDƏCƏK

Netanyahu Trampla İranla aparılan danışıqları MÜZAKİRƏ EDƏCƏK

“Barselona” bu futbolçu ilə müqaviləni UZATDI

“Barselona” bu futbolçu ilə müqaviləni UZATDI

End of content

No more pages to load

RADİO