İranın dini rəhbəri Əli Xameneyi ölümü ilə bağlı xəbərlərin yayılmasından sonra bu gün ölkənin Silahlı Qüvvələrinin universitetlərinin buraxılış mərasiminə qatılıb.
Bizim.Media “Tasnimnews” nəşrinə istinadən xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.
Mənbə yazır ki, mərasimdə çıxış edən Xameneyi ölkədə baş alıb gedən ümumxalq etirazlarını xarici amillərlə əlaqələndirib:
“Xalq arasında xaos yaratmaq və əmin-amanlığı pozmaq öncədən planlaşdırılıb”.
Bizim.Media