Bu gün müğənni Almaxanım Əhmədlinin toyudur.
Bizim.Media xəbər verir ki, paytaxt restoranlarının birində keçiriləcək 21 yaşlı xanəndənin xoş gününə bir çox məşhurlar dəvət alıb.
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktrisa xanımı Aysel İbrahimova toy dəvətini sosial şəbəkə hesabında paylaşıb.
Xatırladaq ki, Almaxanım müsahibələrin birində gələcək həyat yoldaşı Muradın qohumu olmadığını və Xətaidə 15 il bir-birilərindən xəbərsiz qonşu olduqlarını bildirmişdi.
Qeyd edək ki, Almaxanım şair Vüqar Əhmədin övladı, müğənni İzzət Bağırovun bacısı qızıdır. Xanəndə AzTV-nin solistidir.
Rəşad Əliyev, Bizim.Media