Rusiyanın səs-küylü jurnalisti Kseniya Sobçak daha bir qalmaqallın içinə düşüb.
Bizim.Media "TASS” agentliyinə istinadən xəbər verir ki, jurnalistə qarşı cinayət işi açıla bilər.
Polis jurnalisti dövlət hakimiyyəti haqqında saxta xəbərlər yaymaqda şübhəli bilir və artıq materialları Rusiya Federasiyasının İstintaq Komitəsinə göndərib.
Söhbət “saxta festivalların dövlət tərəfindən maliyyələşdirilməsindən” gedir.
Xatırladaq ki, daha əvvəl polis rejissor Vitali Manskiyə qarşı böhtan maddəsi ilə cinayət işi açmışdı. Sobçakın YouTube kanalında verdiyi müsahibədə o, Moskva Beynəlxalq Film Festivalında guya “büdcənin ən azı 85%-nin oğurlandığını” bildirib. Bu iş üzrə şahid qismində Kseniya Sobçak dindirilib.
Rəşad Əliyev, Bizim.Media