Oktyabrın 2-də İrəvan şəhərinin “Aleksandr” hotelində Ermənistan Demokratiya və Təhlükəsizlik Mərkəzi “KTMT-də qalmaq riskləri və təşkilatı tərk etmək imkanları” mövzusunda müzakirə keçirib.
Bizim.Media erməni mətbuata istinadən xəbər verir ki, tədbirdə “Respublika uğrunda” partiyasının sədr müavini Ruben Mehrabyan çıxış edib.
Onun sözlərinə görə, rəsmi İrəvan, hətta baş nazir səviyyəsində KTMT-nin əslində olmadığını bildirib.
“Cəmiyyətin reaksiyasının fonunda “KTMT-dən çıxmaq” ictimai konsolidasiyası yaradılmalıdır.
Bütün bunlar cəmiyyət və siyasi təbəqə qarşısında aşağıdakı haqlı sualları doğurur. Nəticəsi necə olacaq? KTMT-də qalsaq və ya çıxsaq, hansı risklər meydana gələcək?”, deyə o, qeyd edib.
Bizim.Media